Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


04.04.2018  12:10 

Xətai İH-nın göstəriş verdi, təbiətə ziyan vuruldu - FOTOLAR





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93 və 99 saylı binaların qarşısında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
ETSN-dən XəzərNews.az-a verilən məlumatda bildirilir ki, əraziyə keçirilən baxış zamanı müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlar tərəfindən yaşıllıq ərazinin primitiv üsulla qanunsuz çəpərlənərək zəbt olunduğu və Xətai rayon İcra Hakimiyyətinin göstərişi ilə rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən abadlıq işlərinin aparılması məqsədilə çəpərlərin texnika vasitəsilə söküldüyü müəyyən edilib. Araşdırma zamanı ərazidə ağac kəsintisi faktının olmadığı, lakin söküntü işləri zamanı bir neçə ağac və kolların zədələndiyi və təbiətə 400 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı iş icraçısı Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi barəsində qanunamüvafiq qaydada protokol tərtib edilib və Birlik hüquqi şəxs qismində 1000 manat məbləğində cərimə olunub.






Xəbər 3440 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +