Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


10.01.2018  10:45 

Sayğacların sıfırlanmaması rəisin səhlənkarlığı üzündən baş verib?





A+  A-

Xəbər verdiyimiz kimi, Cəlilabadda bir neçə gündür qaz sayğaclarının hələ də sıfırlanmaması ilə bağlı abonentlər arasında geniş narazılıq yaranıb. Buna sübut olaraq yeni ildə istifadə olunmuş qaz sərfiyyatının ötən ilin dekabr ayının 31-ə kimi istifadə edilməsi ilə bağlı vətəndaşlara qəbzlər də verilib.
Prosesin gecikmə səbəbi ilə bağlı XəzərNews.az-a maraqlı faktlar daxil olub. Məlum olub ki, bir müddətdir Cəlilabad Qaz İstismar Sahəsinə rəhbərlik edən Rafiq Məhərrəmov dekabrın 30-da Cəlilabad rayonundakı kafelərdən birində yaxın dostları ilə qonaqlıq məclisi qurub. Məclisdən sonra kefi yaxşı olan idarə rəisini xüsusi avtomobillə yaşadığı Masallı rayonuna yola salıblar.
Dekabrın son günüdə işçilərin işə səfərbər olunmalı olduğu halda idarə rəisi onları bayram məzuniyyətinə yollayıb.
Yanvar 4-də isə bayram tətili bitikdən sonra rayon ərazisində tam şəkildə qalmış sayğacların sıfırlanmasına başlanıb ki, hələ də bu proses bu günə kimi başa çatmayıb.
Göründüyü kimi, bir idarə rəisinin səhvi abonentlərin hesabına əsassız borcların yaranmasına gətirib çıxarıb. Bundan da ziyan çəkən elə yerli sakinləridir.

Xəbər 3447 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +