Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


03.10.2017  17:56 

Azərbaycanda talassemiya xəstələri təhlükədə - Vacib su tapılmır





A+  A-

Azərbaycanda talassemiya xəstələrinə vurulan desferal preparatını həll etmək üçün xüsusi su tapılmır.
XəzərNews.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə tibb üzrə qruplarda paylaşılıb və ciddi müzakirə mövzusu olub.

Məlumatlara görə, dərman Səhiyyə Nazirliyi tərəfindən gətirilsə də, onu həll etmək üçün xüsusi suyun olmaması problemlər yaradıb.

Qeyd edək ki, talassemiyalı uşaqlar üçün bu iynə çox vacibdir, çünki ölümə səbəb olan bəzi proseslərin qarşısını alır. Lakin hazırda bu iynələri həll edən suyun ölkəyə gəlməməsi və ya az gəlməsi səbəbindən Talassemiya mərkəzində xəstələr əziyyət çəkir.

Bir çox tibbi qruplarda özəl klinikalara müraciət olunaraq, "kokar”ın içindən çıxan suların yığılması xahişi yayılıb. Qeyd olunub ki, bu sular Desferal inyeksiyasının həll olunması üçün istifadə oluna bilər.

Səhiyyə Nazirliyinə bu məsələni həll etmək üçün müraciətlər olunub, problem qabardılıb. Lakin bu suya olan indiki tələbatı ödəmək üçün özəl klinikaların imkanlarından yararlanmaqdan başqa çıxış yolu olmadığı görünür.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Medicina.az-a verilən açıqlamada Talassemiya mərkəzinin ciddi diqqətdə saxlanıldığı və preparatlarla tam təmin olunduğunu , bəzi hallarda həqiqətə uyğun olmayan informasiyaların yayıldığı bildirib: "Ola bilər 1-2 gün hansısa obyektiv səbəbdən hər hansı gecikmə olsun. Amma əminəm ki, orda həm inyeksiya, həm həlli üçün su var. Heç bir problem yoxdur”.

Xəbər 3153 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +