Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


06.06.2017  13:14 

Bir neçə dövlət əmlakı özəlləşdi





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.
XəzərNews.az xəbər verir ki, bu dəfəki hərracda 7 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsinin 4-ü Bakıda, 3-ü regionda yerləşir.

Paytaxt üzrə özəlləşdirilən 4 kiçik dövlət müəssisəsi müvafiq olaraq Qaradağda, Nəsimidə, Binəqədidə və Nərimanovda yerləşir.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Bakının Qaradağ rayonunda yerləşən “Metal və ərzaq anbarı”ı, İmişli rayonunda yerləşən 2 saylı yanacaq doldurma məntəqəsi aiddir. Qeyd edilməlidir ki, “Metal və ərzaq anbarı”ının torpaq sahəsi 14451,8 kv.m, ümumi faydalı sahəsi isə 2175 kv.m-ə yaxındır. 2 saylı yanacaq doldurma məntəqəsinin isə torpaq sahəsi 27,5 kv.m, ümumi faydalı sahəsi isə 1370,5 kv.m dir.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Qeyd edək ki, bölgələrdə özəlləşdirilən 3 kiçik dövlət müəssisəsi müvafiq olaraq Gəncədə, İmişlidə, Qubada yerləşir.

Xəbər 3185 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +