Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


12.05.2017  10:18 

Nazirin restoranı niyə yandı? - Səbəb BƏYANATDIR?





A+  A-

“Müdafiə Sənayesi Nazirliyi (MSN) ”Yalquzaq" snayper tüfənginin ixracına başlayıb" xəbərinin ardından mayın 10-da nazir Yavər Camalovun mediada geniş müsahibəsi yayıldı. Y.Camalov müsahibəsində ölkəmizin getdikcə silah idxalatçısından silah ixracatçısına çevrildiyini bəyan etmişdi.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, nazirin odlu-alovlu bəyanatından 2 saat sonra Bakının tanınan və Camalovlara, konkret olaraq nazir Yavər Camalovun biznes şəbəkəsinə daxil olan “Niaqara” restoranında yanğın oldu. Restoranın həyətindəki yanğın 1 saatdan sonra söndürüldü.

Qəzet yazır: “Nə baş verir? Yavər Camalovun açıqlamaları ilə onun restoranının yanması arasında əlaqə ola bilərmi? Məsələn, iddia etmək olarmı ki, nazirin “Azərbaycanın NATO kalibrində (7.62x51mm) ilk silahı olan ”Yalquzaq" tam olaraq yerli mütəxəssislər tərəfindən yaradılıb" açıqlaması dünyaya silah satan, özünün standartları ilə dünyada tanınan qonşu dövlətlərin qıcığına səbəb ola bilər. Daha bir versiya üzərində də fikirləşməyə dəyər. Məsələn, Azərbaycanın silah istehsalı sahəsində İsrail silah düzəldən şirkətləri ilə əməkdaşlıq etməsi sirr deyil. Bu kimi məsələlər Y.Camalovun müdafiə sənayesi rəhbəri olaraq hədəfə gəlməsinə səbəb ola bilər.

Belə bir güman yaranır ki, sanki kimlərsə nazirin qəsdinə durub. Onun rəhbərlik etdiyi nazirliyin müəssisəsində partlayışı yada salaq. 2015-in 7 iyulunda MSN-ə məxsus olan “Telemexanika” zavodunda partlayış və yanğın baş verdi, ölən və yaralananlar oldu. Üstündən 11 ay keçəndən sonra 2016-cı ilin iyun ayında Şirvanda yerləşən “Araz” zavodunda da partlayış oldu. İndi isə Bakı şəhərində nazirin restoranında yanğın baş verib. Silah istehsal edən böyük bir kompleksin başında dayanan nazirin tez-tez partlayış və yanğınlarla gündəmə gəlməsi təsadüfdürmü? Suallar çox, cavab isə hələ ki yox...”

Xəbər 4645 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +