Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


12.05.2017  10:12 

Müəllimə dərsdə deyil, nazirliyin keçirdiyi imtahanda ölüb





A+  A-

Qaxda müəllim dərs vaxtı dünyasını dəyişib.
XəzərNews.az ARB Şəki-yə istinadən xəbər verir ki, Qax rayonu Turaclı kənd sakini 51 yaşlı Babayeva Gülxar Nadir qızı Turaclı kənd məktəbində dərs keçdiyi vaxt halı pisləşib. Onu dərhal təcili tibbi yardım maşını ilə Qax rayon mərkəzi xəstəxanasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Babayeva Gülxar təqribən bir saatdan sonra vəfat edib.

Xəstəxanadan verilən məlumata görə, ilkin ehtimala əsasən xəstə insultdan dünyasını dəyişib.

***

Sputnik Azərbaycan saytı hadisənin təfərrüatı ilə bağlı məlumat yayıb. Bildirilir ki, faciə dərsdə deyil, müəllimlərin diaqnostik qiymətləndirməsi məqsədilə keçirilən imtahanda baş verib.

Belə ki, bu gün Təhsil Nazirliyi tərəfindən Qax Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Qiymətləndirmədə 12 mindən artıq müəllim iştirak edib. Qiymətləndirmənin gedişi zamanı Qax rayonu Turaclı kəndindən olan 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Babayevanın halı qəflətən pisləşib. Onu dərhal Təcili Tibbi Yardım maşını ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 51 yaşlı Gülxar Babayeva təqribən bir saatdan sonra dünyasını dəyişib. Xəstəxanadan müəllimənin bərk həyəcan keçirməsi səbəbindən öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər 2947 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +