Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


11.05.2017  17:36 

Bakının mərkəzində ağacları belə məhv edirlər - VİDEO





A+  A-

Çinar ağacı, uzun ömürlü və dayanıqlı olması ilə tanınan, olduqca iri bir gövdəyə və geniş yarpaqlara malik ağac növüdür. Gövdəsi mebel istehsalında istifadə edilən çinar ağacının yarpaqları isə son illərdə aparılan araşdırmalara görə, insan sağlamlığı üçün saysız-hesabsız faydası varmış. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilən çinar ağacının Bakının mərkəzində məhv edilməsi prosesinə başlanıb.
Söhbət “Tarqovi” adlanan ərazidəki “McDonalds”ın qarşısında yerləşən çinar ağacından gedir. Məsələ ilə bağlı bağbana müraciət etdim. O, mənə bildirdi ki, onlar üzərində düşən vəzifəni həyata keçirirlər və burada olan yaşıllıqlara vaxtı-vaxtında qulluq edirlər. O, çinarın qurumasına səbəb kimi ağacın gövdəsində üç oyuğun açılmasını və onun kökünə yanacaq məhsulunun tökülməsini bildirdi.
Məsələ ilə bağlı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərdim. Sorğum əsasında Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşı Fəxrəddin İsgəndərov əraziyə baxış keçirdi. O, bildirdi ki, çoxillik xüsusi görkəmə malik xan çinarı qərəzli şəkildə müxtəlif üsullarla qurudulmağa başlanılıb: “Həmin fakt təqsirləndirilənin müəyyən edilməsi üçün hüquq mühafizə orqanlarına göndərmək məqsədi ilə sənədləşdirildi”.


Xəbər 3462 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +