Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


11.05.2017  10:08 

Bakıda “Wi-Fi” üstündə kütləvi dava - Bıçaqlananlar var





A+  A-

Bakının Xəzər rayonunda "Wi-Fi" simsiz internet şəbəkəsi üstündə düşən kütləvi dava nəticəsində 2 nəfər bıçaqlanıb.
XəzərNews.az Report-a istinadən xəbər verir ki, hadisə Zirə qəsəbəsinin Naxçıvan küçəsində qeydə alınıb.

Belə ki, Əliyev Emin Zabit oğlu və 1982-ci il təvəllüdlü Əliyev Ələkbər Əlhümmət oğlu yaşadıqları evin qonşuluğundakı fərdi yaşayış evinin qapısının yaxınlığında duraraq "Wi-Fi"dan istifadə edirlərmiş. Bu zaman 1997-ci il təvəllüdlü Əliyev Amid Qurbanəli oğlu və onun qardaşı (hələlik adı açıqlanmır) qapının yaxınlığında duraraq internetdən icazəsiz istifadə edən şəxslərə öz iradlarını bildiriblər. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə A.Əliyev bıçaqla E.Əliyevə və Ə.Əliyevə xəsarətlər yetirib.

Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. A.Əliyev və onun qardaşı saxlanılıb.

Xəbər 3783 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +