Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


04.05.2017  17:42 

Oğlu adam vuran iş adamı icra başçısının qardaşıdır? - AÇIQLAMA





A+  A-

Dünən "Porsche Cayenne Magnum” markalı avtomobillə gənc qadının ölümünə səbəb olan, bununla da mətbuatın gündəmini zəbt edən Ağaəli Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğlu olduğuyla bağlı məlumat yayılıb. Sosial şəbəkələrdə və bəzi media qurumlarında yayılan xəbərdə bildirilir ki, qızın ölümünə səbəb olan 14 yaşlı yeniyetmənin atası Füzuli Fərəcov icra başçısının doğma qardaşıdır və o əvvəllər Bakıxanov qəsəbəsindəki 'Badu kubə' restoranının sahibi olub, sonradan həmin restoranı sataraq "MOHİTO" və "PARODİZ" klublarını, Novxanıdakı 'Kalyon' restoranını tikdirib.
XəzərNews.az xəbər verir ki, Zakir Fərəcovun yaxın qohumları BakiPost.az-la əlaqə saxlayaraq yayılan məlumatlara aydınlıq gətirib. Onlar sözügedən şəxsi tanımadıqlarını və adıçəkilən obyektlərin onlara aidiyyəti olmadığını bildiriblər: "Zakir Fərəcovun Füzuli Fərəcov adlı heç bir qohumu yoxdur. Biz elə şəxsi tanımırıq. Adını ilk dəfə mətbuatda oxumuşuq”.

Saytın araşdırması nəticəsində məlum olub ki, oğlu bahalı maşınla adam vuran iş adamı Füzuli Fərəcov əslən Naxçıvandandır. Sumqayıtın icra başçısı Zakir Fərəcovun əsli isə Zəngilan rayonundandır. Yəni soyadlar eyni olsa da, qeyd olunan şəxslərin heç bir qohumluq əlaqəsi yoxdur.

Xəbər 2532 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +