Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


03.05.2017  11:17 

DGK Qubada əməliyyat keçirdi





A+  A-

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən məhsulların realizə olunmasının qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsi əməkdaşlarının Quba şəhərində keçirdiyi əməliyyat nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının realizə edilməsinin qarşısı alınıb.

İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin məhsulları satan Azərbaycan iki vətəndaşı və məhsulların daşındığı "Opel Astra" və "VAZ-2106" markali avtomobillər müəyyən edilib. Şərti alıcı qismində çıxış edən əməliyyatçılar Quba şəhəri, Heydər Əliyev prospektində həmin şəxslərlə əlaqə yaradıb və sövdələşmə baş tutduqdan sonra özlərini təqdim edərək avtomobillərə baxış keçirilməsi məqsədilə həmin şəxsləri Xaçmaz Gömrük İdarəsinə dəvət ediblər.

Gömrük baxışı zamanı hər iki avtomobilin yük yeri və salonlarından ümumilikdə üzərində Belarus aksiz markası olan 8980 ədəd "NZ Gold Compact" markalı siqaretlər, Rusiya Federasiyasının aksiz markası ilə markalanan 9 ədəd 1 l-lik və 60 ədəd 0.5 l-lik araqlar, üzərində aksiz markası olmayan 2 adda 1 l-lik 20 ədəd viskilər, 25 kq konfet və 2 adda 78 kq kolbasa və 2 adda 265 kq yağ aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 3150 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +