Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


14.03.2017  12:31 

Bakıda hərrac keçirildi





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün hərrac keçirib.
XəzərNews.az xəbər verir ki, hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisələri və istifadəsiz qeyri yaşayış sahəsi paytaxtda və respublikanın digər regionlarında yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gədəbəy şəhərində yerləşən “Xəstəxana binasının yarımçıq tikilisi” olub. Belə ki, bu əmlak 70 min manata özəlləşdirilib. Özəlləşdirilmiş 3 istifadəsiz qeyri-yaşayış obyektinin 1-i paytaxtın Nərimanov rayonunda, 2-si isə müvafiq olaraq regionlarda Gəncə şəhəri və Mingəçevir şəhərində yerləşir.

Hərracda özəlləşdirilmiş 5 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir.

Komitə tərəfindən növbəti hərrac 28 martda keçiriləcək. Hərraca çıxarılan 144 əmlakdan 40-ı səhmdar cəmiyyəti, 77-i kiçik dövlət müəssisə və obyekti və 27-si nəqliyyat vasitəsidir.

Xəbər 3761 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +