Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


13.03.2017  09:32 

Ağstafada qadın tanışını bıçaqladı





A+  A-

Ağstafada 39 yaşlı Əliyev Ayaz Nizami oğlunun bıçaqlanmasının təfərrüatları məlum olub.
XəzərNws.az "Report"a istinadən xəbər verir ki, onun tanışı olan və kimliyi hələlik açıqlanmayan qadın tərəfindən bıçaqlandığı məlum olub. İlkin ehtimala görə, hadisəyə səbəb şəxsi münaqişə olub. Faktla bağlı araşdırma aparılır.

*****

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Köçəsgər kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Ayaz Nizami oğlu şəxsiyyəti hələlik müəyyənləşdirilməyən şəxs tərəfindən sol kürək nahiyəsindən bıçaqlanaraq ağır yaralanıb. O, yaxınları tərəfindən Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralı həkimlər tərəfindən əməliyyat edilib. Xəstəxanadan verilən məlumata görə, A. Əliyevin vəziyyəti orta ağırdır.
Ağstafa Rayon Polis Şöbəsindən verilən məlumata görə, A.Əliyev polisə yıxılaraq yaralandığını bildirib. Hazırda hadisənin başvermə səbəbləri və hadisəni törətmiş şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

Xəbər 3395 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +