Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


01.07.2025  16:33 

Çində güclü daşqın olub





A+  A-

Çinin mərkəzi və cənubunu bürüyən güclü daşqınlar azı doqquz nəfərin ölümünə səbəb olub və on minlərlə insanı evlərini tərk etməyə vadar edib.

XəzərNews.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Ən çox zərər görən ərazilər Henan, Hubei və Quizhou vilayətləri olub. Bu bölgələrdə çayların məcrasından çıxması nəticəsində küçələr, yaşayış məntəqələri və ticarət mərkəzləri su altında qalıb. Ən azı səkkiz nəfər itkin düşüb. Bəzi yerlərdə su bəndləri yarıb dağıntıları daha da artırıb.

Yay aylarında Çində daşqınlar tez-tez baş verir,lakin bu il baş verən fəlakət son illərin ən ağırlarından biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, sürətlə gedən urbanizasiya təbii fəlakətlərin nəticələrini daha da ağırlaşdırır.

İnformasiya məkanına ciddi nəzarət edən səlahiyyətlilərin insan tələfatı və dağıntılar barədə məlumatı minimuma endirdiyi bildirilir.

Xəbər 340 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +