Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


03.02.2025  12:54 

Panama kanalı uğrunda savaş başladı: ABŞ-la Çin üz-üzə...





A+  A-

ABŞ dövlət katibi Marko Rubio Panama prezidenti Xose Raul Mulino ilə görüşündə Panama kanalı haqqında danışıb.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə Rubio ultimatum verib.

"Əgər Çin kanala nəzarəti davam etdirsə, o zaman "ABŞ müqaviləyə əsasən hüquqlarını qorumaq üçün lazımi tədbirlər görəcək", - deyə Dövlət Departamentininin yaydığı açıqlamada qeyd olunur.

Dövlət katibi qeyd edib ki, ABŞ prezidenti Donald Tramp ilkin qərara gəlib ki, Çin Kommunist Partiyasının Panama kanalı ərazisi üzərində mövcud təsir və nəzarət vəziyyəti həm kanalın özü üçün təhlükə yaradır, həm də Daimi Müqaviləni pozur.

“Rubio açıq şəkildə bildirdi ki, status-kvon qəbuledilməzdir və dərhal dəyişiklik olmazsa, o, Birləşmiş Ştatlardan Müqavilə çərçivəsində hüquqlarını qorumaq üçün lazımi addımları atmağı tələb edəcək”, - Dövlət Departamenti yazıb.

CNN xəbər verir ki, Tramp fevralın 2-də axşam jurnalistlərə deyib ki, ABŞ Panama kanalını “geri alacaq” və ya “çox böyük bir şey baş verəcək”.

Lalə
XəzərNews.az


Xəbər 4582 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +