Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


29.02.2024  06:15 

Putin Ukraynadakı hədəfinə çatıb? - Sorğu





A+  A-

Rusiya vətəndaşları ölkənin Ukraynaya qarşı müharibəsini dəstəklədiklərini və uğurlu əməliyyat aparıldığını açıqlasalar da, əksəriyyət Putinin iki ildə çatdığı hədəflərdən birini də sadalaya bilməyib.

Xəzərnews.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Russian Field”in sorğusunun nəticələrində bildirilir.

Sorğuda respondentlərə “Hazırda hərbi əməliyyatda hansı hədəflərə nail olunub?” sualı ünvanlanıb.

58,9 faiz iştirakçı heç bir hədəfin adını açıqlaya bilməyib, 35,8 faiz suala cavab verməkdə çətinlik çəkib, vətəndaşların 23,1 faizi isə heç bir hədəfə nail olunmadığını bildirib.

Respondentlərin 2,3 faizi Putinin dünyada Rusiyanın gücünü nümayiş etdirməyə nail olduğuna, 2,2 faizi Donbas sakinlərini qoruduğuna, 1 faizdən azı xalqı birləşdirdiyinə və onun bütövlüyünü qoruduğuna inanır.

Ümumilikdə respondentlərin 17%-i əldə olunan məqsədlər sırasında ərazilərin ilhaqını qeyd edib. Eyni zamanda, 10,3%-i Donbasın "azad edilməsi"ni, 6,7%-i onun birləşdirilməsini hədəflər arasında göstərib.

Eyni sorğuya görə, rusların 68%-i ölkənin düzgün istiqamətdə getdiyinə inanır, 56%-i isə ordunun hərəkətlərini “uğurlu” kimi qiymətləndirir. Eyni zamanda, 71%-i müharibənin uzandığını qeyd edir.


Xəbər 2396 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +