Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


19.02.2024  12:01 

Bəxtiyar Hacıyevin müraciəti yayıldı





A+  A-

“Siyasi məhbus Bəxtiyar Hacıyev məhbəsdə müraciət hazırlayıb, sosial şəbəkələrdə yayılması məqsədilə “Müdafiə Xətti”nə göndərib”.

Xəzərnews.az xəbər verir ki, bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov öz sosial şəbəkə hesabında yazıb.

O sözügedən müraciəti də dərc edib.

Müraciətdə deyilir:

“Aleksey Navalnının qəfil ölümü dünyanın hər tərəfində azadlıq, ədalət və demokratiya uğrunda mübarizə aparan səxslər kimi məni də dərindən sarsıtdı. Onun ailəsinə, yaxınlarına və komanda üzvlərinə başsağlığı verirəm. Eyni zamanda, Ursula fon der Lyayen kimi bəzi Qərb rəsmilərini həm avtoritar rejimlərlə mübarizə cəsarəti göstərən siyasi məhbusların azadlığının və təhlükəsizliyinin qorunmasına çağırış etməsi, həm də jurnalistlərin, hüquq müdafiəçilərinin, ictimai fəalların həbslərdə ağır şəraitdə saxlanmalarına səssiz qalaraq bu avtoritar rejimləri “etibarlı tərəfdaş” adlandırması ükiüzlülüyünə son verməyə çağırıram. Heç kim zəmanət verə bilməz ki, Rusiyadakı faciə və qətl başqa avtoritar ölkələrdə təkrarlanmayacaq. Navalnının ölümündə Kreml hərəkətlərinə görə məsuliyyət daşıdığı qədər Qərb liderləri də hərəkətsizliyinə görə mənəvi məsuliyyət daşıyırlar!”

Xatırladaq ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.

Xəbər 2814 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +