Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


08.02.2017  11:09 

Azərbaycan Premyer Liqasında XVII tura start verilir





A+  A-


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək. 

XəzərNews.az-ın məlumatına görə, ilk oyun günündə çempionluğa əsas namizədlər - "Qəbələ" və "Qarabağ" klubları növbəti ev oyunlarına çıxacaqlar.  

"Qəbələ"nin rəqibi sonuncu pillədə qərarlaşan "AZAL"-dır. "Qırmızı-qaralar" ilk dövrədə "təyyarəçilər"i öz meydanında Filip Ozobiç, Ruslan Qurbanov və Roman Hüseynovun qolları ilə məğlub etsə də, səfərdə paytaxt təmsilçisinin müqavimətini qıra bilməyib. Üstəlik, qolsuz başa çatan həmin görüşdə hisslərini cilovlaya bilməyən baş məşqçi Roman texniki zonadan kənarlaşdırılıb. Nəticədə 1 oyunluq cəzaya məruz qalıb.

Ukraynalı mütəxəssis yenə də cəzalıdır. O, ötən tur "Neftçi"nin məşqçisi Aleksandr Deriberinlə mübahisəyə görə texniki zonadan uzaqlaşdırıldığından, AZAL-la dueli tribunadan izləyəcək. Qriqorçukun yoxluğunda "Qəbələ"ni meydana köməkçisi Sənan Qurbanov çıxaracaq. Əyalət təmsilçisi bu oyunda xal qazanacağı halda, ən azı bir neçə saatlığa liderliyə yüksələcək. Hazırda "qırmızı-qaralar"ı ilk pillədəki "Qarabağ"dan 1 xal ayırır. 

Ağdam komandası da özü üçün münasib rəqiblə qarşılaşacaq. Hər halda, "Zirə"nin ilk iki dövrədə Ağdam klubuna uduzması belə söyləməyə əsas verir.  Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk dövrədə "Əlincə Arena"da qəbul etdiyi qəsəbə təmsilçisini Rahid Əmirquliyevin vurduğu 2 qolla üstələyib. Zirədəki qarşılaşmanın taleyini isə Dani Kintana ilə Elvin Yunuszadənin vurduğu qollar həll edib.

Düzdür, "Zirə" hazırda 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və mükafatçılar sırasına düşmək üçün mübarizə aparır. Lakin Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv lider "Qarabağ"dan 15 xal geri qalır.

Azərbaycan Premyer Liqası, XVII tur

8 fevral (çərşənbə)

15:00. “Qəbələ” – AZAL

Qəbələ şəhər stadionu

İlk 2 dövrədəki oyunlar: 3:0, 0:0

17:30. “Qarabağ” – “Zirə”

“Azərsun Arena”

İlk 2 dövrədəki oyunlar: 2:0, 2:0



Xəbər 1822 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +