Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


26.11.2022  15:40 

Primorskidə qətlə yetirilmiş qadın meyiti tapılıb





A+  A-

Sankt-Peterburqun Primorski rayonunda polis əməkdaşları qətlə yetirilmiş qadını tapıblar.

XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Regional Baş İdarəsinin mətbuat xidməti yayıb.

İdarədən bildirilib ki, ötən cümə axşamı 39 yaşlı kişi 27 yaşlı tanışının taleyindən narahat olduğunu bildirərək hüquq-mühafizə orqanlarına müraciət edib.

Ərizəçinin sözlərinə görə, bir gün əvvəl qadın Studençeskaya küçəsindəki evdə yerləşən mənzilinə gedərək orada aparılan təmir işlərinin gedişini yoxlamaq niyyətində olub.

Polis göstərilən ünvana gəlib və evə baxış zamanı qadının meyitini aşkar ediblər. Meyit salafana bükülərək tikinti tullantıları ilə dolu torbalar arasında evin küncünə qoyulubmuş.

Cinayətin qonşu ölkələrdən gələn 41 yaşlı şəxs tərəfindən törədildiyi şübhəsi var. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onu axtarır.

Yusif Əlican
XəzərNews.az


Xəbər 2840 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +