Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam
Hansı evlərə sənəd verilməyəcək?
Əliyev Trampa təşəkkür etdi
Pezeşkian Azərbaycandan İrana hava hücumunu qəbul etmir


16.04.2019  23:54 

Putin Vahid Ələkbərovla görüşdü





A+  A-

Rusiya prezidenti Vladimir Putin “LUKOİL” prezidenti Vahid Ələkbərovu qəbul edib.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, görüş zamanı Ələkbərov şirkətin 2018-ci ildəki fəaliyyəti barədə məlumat verib. Onun sözlərinə görə, şirkət hər il ehtiyatların artımını təmin edir və neft hasilatına qoyulan sərmayə təxminən 500 milyard rubl təşkil edib:

“Portfelimiz kifayət qədər genişdir. 32 ölkədə iş aparırıq. 2-2,5 min metr suyun altında qazma işləri aparırıq. Bu dərinlik Qərbi Afrikada, Xəzər dənizinin bəzi yerlərində 600 metrədək çatır. Mütəxəssislərimizin qazma işləri apardıqları bu cür dərinliklərin öhdəsindən gəlirik”.

Ələkbərov bildirib ki, bu il “Lukoyl” və “Qazprom” Nenets avtonom dairəsində Vaneyvissk və Layavojsk yataqlarının mənimsənilməsi üçün ortaq müəssisənin yaradılmasını başa çatdırmağı planlaşdırır: “Hazırda biz “Qazprom”la Nenets dairəsində birgə müəssisənin yaradılması üzrə iş aparırıq. İnanıram ki, bu il biz bu müəssisənin qurulmasını başa çatdıracağıq”.

Xəbər 2929 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +