“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu


03.02.2024  13:28 

İşin başında Oqtay Əsədovun klanı dayanır...





A+  A-

Ayşən balamızın uğurları və Oqtay Əsədovun ailə biznesinə çevirdiyi Tennis Federasiyasının bu perspektivli yeniyetmənin inkişafı qarşısında çəkdiyi sipər haqda yazmışdım. Amma çox təəsüf ki, bunlara nəinki məhəl qoyulmur, üstəlik vəziyyət bir az da pisləşməkdə davam edir.

Amma Ayşən üçün yalnız atasının dəstəyi və özünün zəhməti sayəsində uğur qazanmaq bir elə də asan olmayacaq. Böyük tennisdə uğur qazanmaq üçün illərin zəhmətilə yanaşı həm də şərait, investisiya və məktəb olmalıdır. Bunların isə azı son üçü yoxdur.

Ola da bilməz, çünki işin başında Oqtay Əsədovun klanı dayanır. Özü, kürəkəni, başqa qohumları əl-ələ verib ölkə tennisini "idarə edirlər". Bir vaxtlar Oqtay müəllimin Milli Məclisi, ondan əvvəl isə "Abşeronsu"nu idarə etdiyi "qaydalarla".

Belə "qaydaların" nəticəsi isə bütün sadalanan qurumlarda göz önündədir. Amma dərd bir tək Tennis Federasiyasında olsaydı birtəhər dözmək mümkün idi. "İdman ölkəsinin" uğur hekayələri ard-arda sabun köpüyü kimi partlamaqdadır.



Bu günlərdə məlum oldu ki, daha bir valideyn Ayşənin atası kimi cana doyub boks federasiyasını məhkəməyə verib. Maraqlı burasıdır ki, Avropa çempionu qızına görə Boks Federasiyasını məhkəməyə verən ata... Bakı Şəhər Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantıdır.

Təsəvvür etmək qalır ki, polis əməkdaşı olan atanı buna vadar edən nədir. Amma bu da bir yana, son günlər AFFA-nın prezidentliyi uğrunda mübarizə vüsət almaqdadır. Hələlik mediada, amma bir azdan sonra elə həmin mediada Futbol Federasiyasındakı vəziyyət haqqında daha çox şey biləcəyik.

Əminəm ki, elə başqa idman federasiyaları ətrafında da müzakirələr və qalmaqallar davam edəcək. Bunun da bircə səbəbi odur ki, ölkədə başqa sahələrdə hansı idarəçilik metodları tətbiq olunursa, idmanda da həmin prinsiplər işləyir. Daha doğrusu, işləmir.

Bu gedişlə az sonra başqa ölkələrin bayraqları altında oynayan onlarla soydaşımızı görəcəyik, çünki dediyim kimi, azərbaycanlıların uğur qazana bilmədiyi yeganə ölkə Azərbaycandır.

Ərəstun Oruclu

Xəbər 1249 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +