Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


06.12.2022  12:29 

Şahbaz Xuduoğlu “80+ klubu“ təsis etdi





A+  A-

“Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlunun Əlisa Nicata yardım toplaması cəmiyyətdə geniş müzakirələrə səbəb oldu.

XəzərNews.az xəbər verir ki, bu hadisədən sonra naşir yeni "80+ klubu"nu təsis etdiyini açıqlayıb:

"Əlisa Nicata yardım təşəbbüsləri davam edir.

"ArmoStore" mağazalar şəbəkəsinin direktoru Vüqar Seyidəhmədov yazıb ki, Əlisa Nicatın aylıq bazarlıq xərclərini şirkət olaraq öz üzərimizə götürürük. Bir neçə həkim (stomatoloq, terapeft) təmənnasız müayinə və müalicə xidməti də təklif edib. Ev şəraitinin yaxşılaşdırılması ilə bağlı hələ də yeni təkliflər gəlir. Aylıq əmək haqqı, ayrıca qaz pulu, işıq pulu ödəməyi öz üzərinə götürürlər.

Ona sevinirəm ki, xırda-xırda yardım təklifi edənlər daha çoxdur. Yəni, bir oliqarx ortaya çıxıb mən onun bütün şəaritini düzəldərəm, gəlsin ona ev verək deyib sonra da aradan çıxmadı. Yadınızda, Sevil Gültən məsələsində belə olmuşdu. Onun həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı çoxlu müraciətlər oldu. O zaman böyük bir tikinti şirkətinin sahibi dəvət etdi ki, gəl ev verim, sonra sözündən qaçdı.

Sadə camaat daha etibarlıdır. Daha güvənlidir. Daha sıxavətidir. Sadə insanların verdikləri xırda məbləğlər daha bərəkətlidir.

Toplum olaraq bu sınaqdan üzüağ çıxdıq.

Çox bəyəndiyim bir cəhət isə, edilən xeyirxahalığı gözə soxmamaq. Yardımı təmənnasız etmək. Bu cəhət adətən oturuşmuş cəmiyyətə xasdır. Şükür ki, bizdə də bu varmış. "Gəl qol çək 50 manat verək, o öldürür adamı. Nə yaxşı ki mən bu günləri gördüm". Bunlar Əlisa Nicata aid fikirlərdir.

Təşəbbüsə mənəvi dəstək verən çoxlu zənglər oldu".

Ş. Xuduoğlu qeyd edib ki, bu hadisə insanların paklığını göstərdi:

"Onlarda mərhəmət, qayğı hissini oyatdı. Yalnız bu deyil, digər məsələlərdə də yardımlaşma hissini vacibliyini ortaya çıxardı.

Azərbaycanda Əlisa Nicatın vəziyyətində olan ahıl ziyalılar az deyil. Onların arasında elələri var ki, maddi olmasa da mənəvi dəstəyə, ünsiyyətə böyük ehtiyac duyurlar.
Ehtiyac içində abırlarına sığınıb yaşayanlar az deyil. Onları üzə çıxartmaq, qayğı və istəklərini bilmək, həm də sosiallaşdırmaq məqsədi ilə qərara gəldim ki, `80+ klubu" təsis edək.

Onlar bizim mənəvi xəzinəmizdir. Gəlin layiqincə qoruyaq".

Xəbər 2669 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +