İsrail Ərdəbildə Xoruzlu kəndini bombalayıb
Trampın İsrailin İrana hava zərbələrindən xəbəri olub
Xalq artisti Bilgəh sanatoriyasını tənqid etdi
“Son Zəng”lə bağlı xəbərdarlıq olundu
İsrailin Tehrana hücumu: 78 ölü, 329 yaralı
Dilan Polat dəlixanaya yerləşdirilib
Natanzdakı obyektə zərər vurulub - İran təsdiqlədi
Müdafiə Nazirliyində 143 milyon manat necə oğurlanıb?
Tehran, doğma Təbriz vurulur – Mirşahin
İsraildəki səfirliyimiz müraciət yaydı


14.09.2022  23:05 

Paşinyan bu sammitə qatılmaqdan imtina etdi!





A+  A-

Gözləntilərimiz özünü doğrultdu: Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının sabah Özbəkistanda keçiriləcək sammitinə qatılmaqdan imtina etdi!

Beləliklə, sentyabrın 12 və 13-də sərhədlərimizdəki erməni təxribatlarının məhz bu sammit ərəfəsində planlaşdırılan Putin-Ərdoğan-Əliyev-Paşinyan görüşünü və bu görüşdə əldə edilə biləcək razılaşmanı pozmaq məqsədiylə elə Paşinyan komandasının özü tərəfindən təşkil edildiyi aydın olur.

Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı ən ciddi anti-Qərb blokudur və bu blokun sammitində Putin-Ərdoğan-Əliyev-Paşinyan görüşünün təşkili və üstəlik də, bu görüşdə Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının əldə edilməsi istiqamətində hər hansı sənədin imzalanması 10 noyabr 2020-ci il sənədinə daha geniş auditoriyada legitimlik qazandırmaqla, Cənubi Qafqaza təsir imkanlarını itirməməyə çalışan ABŞ və Avropa İttifaqının mövqelərinə də zərbə olacaqdı.

İndi aydın olur ki, Putinlə Vladivostokda danışan Paşinyan ŞƏT sammitində iştiraka və dördlü görüşün keçirilməsinə razılıq versə də, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Rikerin gətirdiyi mesajdan, verdiyi vədlərdən sonra Putinlə razılaşmanı pozmaq məcburiyyətində qalıb və çıxış yolu kimi, Azərbaycanla sərhədlərimizdə təxribat törətməyə əl atıb...

Şübhəsiz ki, Paşinyanın Qərbin açıq dəstəyi və təhrikiylə Azərbaycan və Rusiya ilə razılaşmanı pozması, sülhdən yayınması onu yenidən Rusiya-Türkiyə-Azərbaycan üçlüsünün təzyiqlərinə məruz qoyacaq.

Ehtimal ki, Qərb Paşinyanı qorumaq üçün həm beynəlxalq təşkilatlar vasitəsilə, həm də Azərbaycandakı şəbəkəsini hərəkətə gətirməklə hərbi əməlliyyatları davam etdirməyimizin qarşısını almağa çalışacaq.

Allah ölkəmizi içimizdəki satqınlardan qorusun!

Elxan Şükürlü

Xəbər 1321 dəfə oxunub.



13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir

12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?


BÜTÜN XƏBƏRLƏR +