İsrail Ərdəbildə Xoruzlu kəndini bombalayıb
Trampın İsrailin İrana hava zərbələrindən xəbəri olub
Xalq artisti Bilgəh sanatoriyasını tənqid etdi
“Son Zəng”lə bağlı xəbərdarlıq olundu
İsrailin Tehrana hücumu: 78 ölü, 329 yaralı
Dilan Polat dəlixanaya yerləşdirilib
Natanzdakı obyektə zərər vurulub - İran təsdiqlədi
Müdafiə Nazirliyində 143 milyon manat necə oğurlanıb?
Tehran, doğma Təbriz vurulur – Mirşahin
İsraildəki səfirliyimiz müraciət yaydı


10.06.2021  11:18 

Müharibə əlilinə yalnız bu halda maşın verilir - Rəsmi





A+  A-

“Müharibə əlillərinin sosial müdafiəsi tədbirlərindən biri də onların avtomobillə təmin edilməsidir. Minik avtomobili dayaq-hərəkət aparatının funksiyası kəskin pozulan və orqanizmin digər sistemlərinin hərəkətini çətinləşdirən patologiyaları olan müharibə əlillərinə reabilitasiya vasitəsi olaraq verilir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, son illərdə, eləcə də, Vətən müharibəsindən sonrakı dövrdə də qanunvericilikdə bu yanaşma ilə bağlı hansısa dəyişiklik olmayıb:

“Yəni müharibə əlilinə yalnız əlillik səbəbindən hərəkət fəaliyyətinin kəskin məhdudlaşdığı halda minik avtomobili verilməsi qaydası qüvvədə qalır.

Hətta Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli qərarı ilə əlilliyi olan şəxslərə daha bir qayğı kimi, onlara, həmçinin müharibə əlillərinə dövlət tərəfindən verilən reabilitasiya vasitələri siyahısına 23 yeni reabilitasiya vasitəsi də əlavə edilib”.

Qeyd olunub ki, siyahıda həmin reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb:

“Onlara yüksək texnologiyalı protezlər, mühərrikli təkərli oturacaqlar və s. də verilməsi nəzərdə tutulub ki, bu sahədə ardıcıl işlər aparılır. Məsələn, Vətən müharibəsi qazilərindən artıq 25 nəfəri son texnologiyalar əsasında hazırlanmış protezlərlə təmin olunublar və bu sahədə işlər davam etdirilir.

Eyni zamanda, yeni qaydalarda müharibə əlillərinə minik avtomobili üçün tibbi göstəriş verilməsi şərtləri də qətiyyən məhdudlaşmayıb və tibbi göstəriş verilməsi üçün müəyyən edilmiş xəstəliklər siyahısında azalma yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 7200-dən çox, o cümlədən, son üç ildə 1257 müharibə əlilinə avtomobil təqdim edilib. Cari ildə də bu proses davam edəcək”.

Xəbər 1805 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir

12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?


BÜTÜN XƏBƏRLƏR +