Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


12.06.2020  09:06 

Alçanın insan orqanizminə hansı faydaları var?





A+  A-

Alça yay pəhrizlərində əvəzedilməzdir, 100 qram alçada təxminən 45 kalori var.
XəzərNews.az xəbər verir ki, antioksidant komponentləri ilə bədəni qoruyan və yüksək miqdarda C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır. Alça, eyni zamanda, A və K vitaminləri ilə zəngindir.

Onun digər bir mühüm faydası isə ərzaqlardan alınan dəmir mineralının bədən tərəfindən mənimsənilməsini artıraraq dəmir çatışmazlığına qarşı qorumanı təmin etməsidir. Çox vaxt ona dad vermək üçün duzla yeyirlər. Lakin duzdan istifadə etməyin müəyyən zərərli təsirləri var, çünki bədəndə ödem yaradır və kökəlməyə səbəb olur.

Bundan başqa, alçanın tərkibində çoxlu miqdarda pektin maddəsi var. Pektin bağırsaqların fəaliyyətini yaxşılaşdırır, orqanizmdən toksinləri xaric etməyə kömək edir. Kaliumla zəngin olan alça ürək üçün çox faydalıdır, arterial təzyiqi tənzimləməyə kömək edir. Alça xolesterini aşağı salır və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

Xəbər 3389 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +