“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu


05.05.2020  16:10 

Biləsuvardakı hadisəyə görə 7 nəfər saxlanıldı





A+  A-

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğun mətbuat xidmətləri Biləsuvar rayon İcra Hakimiyyətinin qarşısındakı hadisə ilə bağlı birgə məlumat yayıb.
XəzərNews.az həmin məlumatı təqdim edir:

“May ayının 4-ü saat 11 radələrində bir qrup şəxs xüsusi karantin rejimi qaydalarını pozaraq sosial yardım almaq məqsədilə Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşıblar.

Ərazidə xidmətdə olan polis əməkdaşları həmin şəxslərlə profilaktiki və izahedici söhbətlər apardıqdan sonra onlar ərazini tərk ediblər. Lakin icazəsiz toplantının bir neçə üzvü ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərini davam etdirib, onları intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin və asayişin kütləvi şəkildə pozulmasının qarşısı alınaraq 7 nəfər saxlanılıb. Onlardan iki nəfəri barəsində rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb, digər 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Hazırda istintaq araşdırmaları davam etdirilir”.

Xəbər 2434 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +