“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu


04.05.2020  15:11 

Kürdəmirdə dəhşətli qəza - 5 ölü, 6 yaralı





A+  A-

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi "Nissan" markalı maşın toqquşub.

Nəticədə 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Qəza nəticəsində 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.

"Nissan" markalı avtomobilin sürücü Ceyhun Piriyev və sərnişinləri - 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Reyhan Kərim qızı Kərimova, Arzu İsrayıl qızı Hətəmov və "Mercedes" markalı avtomobilin sürücüsü Abbas Kərimov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1621 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +