“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu


07.02.2020  09:38 

Telman İsmayılovun qardaşına 17 il həbs cəzası verildi





A+  A-

Moskva regional məhkəməsi azərbaycanlı biznesmen, “Çerkizov” bazarının keçmiş sahibi Telman İsmayılovun qardaşı Rafiq İsmayılovu ciddi rejimdə 17 il azadlıqdan məhrum edib.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rafiq İsmayılova qarşı hökm bu gün oxunub. O, qətldə və qanunsuz silah gəzdirməkdə təqsirli bilinib. Bundan başqa, R.İsmayılov 4 milyon rubldan çox cərimələnib.

İstintaq versiyasına görə, Rafiq İsmayılov 2016-cı ildə iki nəfərin – Rusiyada ticarət komplekslərinin sahibi Vladimir Savkinlə “Lyublino motors”un təsisçisi Yuri Brilevin qətlinin əsas iştirakçılarından olub. Qətlin birbaşa icraçısı Mehman Kərimov olsa da, ona silahı Rafiq İsmayılov verib. Kərimov İsmayılovdan fərqli olaraq, 13 il həbsə məhkum edilib.

Qeyd edək ki, bu cinayətdə Telman İsmayılovla digər qardaşı Vaqif İsmayılov da təqsirləndirilən şəxs qismindədirlər. Qardaşlar beynəlxalq axtarışdadır. Məlumata görə, T.İsmayılov 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb.



Xəbər 1502 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +