Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi
Telejurnalist ABŞ-da vətəndaşlıq statusu alıb
Polis qoşunları Eçmiədzinin Ana taxtına daxil olub


10.02.2018  17:54 

Mübariz Mənsimovdan AÇIQLAMA - Şirkətini satıb Rusiyadan çıxır





A+  A-

Azərbaycanlı oliqarx Mübariz Mənsimov Rusiyadakı şirkətini sataraq bu ölkədən çəkilə biləcəyini açıqlayıb.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, “Palmali” şirkətlər qrupunun sahibi bu barədə Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində deyib.

Mənsimov iddia edib ki, onun gəmiçilik biznesi müəyyən çətinliklərə baxmayaraq hələ ayaqdadır və batmır. Biznesmen “Palmali” şirkətinin hazırda 100-ə qədər gəmisinin qaldığını, eyni zamanda kirayələnmiş gəmilərlə də yüklər daşıdığını deyib.

Mənsimov Rusiyanın “Lukoil” şirkətinə qarşı London Yüksək Məhkəməsində qaldırdığı 2 milyard dollarlıq təzminat iddiası barədə danışaraq bildirib ki, bu iddianı qazanacağına əmindir. Çünki əlində müddəti 2019-cu ildə bitməli olan, lakin “Lukoil” tərəfindən birtərəfli qaydada pozulan müqavilə var. “27 ildir “Lukoil” şirkəti ilə işləyirdik. 2005-2010-cu illərdə “Lukoil” şirkəti ilə gözəl əməkdaşlığımız oldu, 2010-cu ildə müqaviləni 10 illiyə yenilədik, gəmilər aldıq. Lakin onlar şərtlərə əməl etmədi”-Mənsimov deyib.



“Biz Rusiyadakı şirkətimizi satıb çıxa bilərik. Vəziyyətə baxacağıq. Hazırda Rusiyanın ən çox gəmisi olan şirkəti bizik”-son vaxtlar Rusiyada şirkətinin barəsində ciddi yoxlamalar aparılan biznesmen əlavə edib.

Xatırladaq ki, “Palmali” şirkətinin Rusiyadakı törəmə şirkəti “Palmali” MMC Mənsimovun Maltada qeydiyyatdan keçmiş offşor şirkəti tərəfindən bazar dəyərindən çox aşağı qiymətə satın alınıb. Nəticəcə iri məbləğdə vergidən yayınmaya yol verilib. Bu sövdələşmə ilə bağlı Federal Təhlükəsizlik Xidməti, İstintaq Komiəsi və Baş prokurorluq tərəfindən araşdırma aparıldığı barədə Rusiya mediasında dəfələrlə xəbərlər yayılıb.

Xəbər 3445 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb


BÜTÜN XƏBƏRLƏR +