İmkanlı azərbaycanlılar Rusiyanı tərk edirlər
Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir - Hikmət Hacıyev
Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI


30.10.2017  08:43 

Azərbaycan efirində +18 yayımlar olur?





A+  A-

Milli Televiziya və Radio Şurası (MTRŞ) uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, mənəvi və əqli inkişafına ziyan vura bilən və televiziya məkanında kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlardan qorunması üçün daimi monitorinqlər aparır və müvafiq tədbirlər həyata keçirir.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. T.Dadaşov bildirib ki, tele-radio haqqında qanunvericilikdə konkret tələblər var ki, televiziya kanalları o tələblərə riayət etməlidir.

Onun sözlərinə görə, uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, mənəvi və əqli inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar var: “Bu qaydalarda bir çox məsələlər öz əksini tapıb ki, bunların da məqsədi uşaqların və yeniyetmələrin mənafeyini qorumaq üçün nəzərdə tutulub. Efirdə fiziki və psixi zorakılıq hallarının əks olunduğu səhnələrin, qorxulu və dəhşətli filmlərin yer alması, tibbi əhəmiyyət kəsb edən əməliyyatların, hipnoz əməliyyatların, kriminal fəaliyyəti, spirtli içkilərin, narkotik vasitələrin, tütün məmulatlarının istifadə edilməsinin əks olunduğu səhnələrin yayımlanması, qumar oyunlarının, idman mərc oyunlarının təbliği ilə bağlı olan və digər məsələlər bu qaydalarla tənzimlənir. Bizim tez-tez rast gəldiyimiz məsələ bu halların qeyd olunduğu səhnələrin yayımı efirdə məhdudlaşdırılır. Bu məhdudlaşdırma səhər saat 07:00-dan axşam saat 23:00-ə qədər müddətdir. +12, +18 və digər yaş məhdudiyyətlərinin qoyulması isə televiziyaların daxili yaradıcılıq işidir”.

T.Dadaşov qeyd edib ki, əgər yuxarıda qeyd olunan hallar aşkar olunursa, MTRŞ tərəfindən bununla bağlı müvafiq tədbirlər görülür: “Qeyd edim ki, əvvəlki dövrlərdə belə hallara tez-tez rast gəlinirdi. MTRŞ bununla bağlı müvafiq tədbirlər görüb, cərimələr edirdi. Son vaxtlar bu məsələlər müəyyən qədər azalıb, amma yenə də bu o demək deyil ki, belə hallar tam aradan qaldırılıb. MTRŞ daimi monitorinqlər keçirir və bunları izləyir”.

Xəbər 2961 dəfə oxunub.




25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +