Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib


29.10.2017  17:54 

Naxçıvan məhsulları Türkiyəyə rüsumsuz ixrac ediləcək





A+  A-

Türkiyənin İğdır şəhərində Türkiyə-Azərbaycan biznes forumu keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan və Türkiyə tərəfindən rəsmilər, Naxçıvan Muxtar Respublikasından və Türkiyənin müxtəlif bögələrindən olan olan iş adamları iştirak edib.

Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekci, İğdır Ticarət və Sənaye Palatasının rəhbəri Kamil Arslan çıxışlarında növbəti Türkiyə-Azərbaycan biznes forumunun İğdırda keçirilməsindən və iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlıq imkanlarına, həyata keçirilən layihələrə, ticarət dövriyyəsinin artırılması sahəsində görülən işlərə dair fikirlərini bölüşüblər.

N. Zeybəkçi Türkiyə Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verildiyini, bu qərarın ticarət əalqələrinin genişlənməsinə və bölgənin inkişafına əhəmiyyətli töhfə verəcəyini vurğulayıb. Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan illik təqribən 100 milyon ABŞ dolları məbləğində məhsullar Türkiyəyə rüsum ödəmədən ixrac ediləcək.

Türkiyə Cümhuriyyətinın yaranması günü münasibətilə Türkiyə tərəfini təbrik edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dünyada bir örnəkdir.

Ş. Mustafayev diqqətə çatdırıb ki, ölkələrimiz arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası fəaliyyət göstərir, Azərbaycanın strateji layihələri məhz qardaş Türkiyə ilə birgə həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, "STAR", "PETKİM", "Enerji körpüsü" belə layihələrdəndir. Bu günlərdə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu əlaqələrimizi daha da gücləndirməklə, ölkələrimizin tranzit imkanlarını artıracaq. Türkiyə Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşlarındandır. 2017-ci ilin yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunub, hazırda Preferensial Ticarət Sazişi üzrə müzakirələr aparılır. Azərbaycanda Türkiyə sərmayələri əsasında 3 mindən çox, Türkiyədə isə Azərbaycan investisiyalı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları 11,7 mlrd. ABŞ dolları, Azərbaycanın Türkiyəyə investisiyaları isə 10,1 mlrd. ABŞ dollarıdır.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Xəbər 2987 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +