“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu


25.07.2017  09:56 

DİM bu dəfə 1 milyon 361 min qazandı





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini dünən elan edib.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, imtahanda iştirak etmək üçün ərizə vermiş 27962 abituriyentdən 1366 nəfəri gəlməyib. 13 abituriyent qaydaları pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Maraqlıdır, DİM bu imtahandan nə qədər vəsait əldə edib?

Qeyd edək ki, imtahanlarda iştirak etmək pulludur və bu, adambaşına 40 manat təşkil edir. Əgər imtahanda iştirak etmək üçün ərziə veriənlərin sayını nəzərə alsaq, onda DİM-in bu prosesdən nə qədər vəsait əldə etdiyini hesablamaq olar...

Beləliklə, I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak üçün 27962 abituriyent ərizə vermişdi ki, bu da adambaşına 40 manat deməkdir. Deməli, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarından 1 milyon 118 min 480 manat vəsait əldə edib.

Xatırladaq ki, DİM bundan öncə - iyulun 14-də II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarında 1 milyon 361 min 680 manat vəsait əldə etmişdi.

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan özünümaliyyələşdirmə üçün imtahanların təşkilini pullu həyata keçirir...

Xəbər 1318 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +