“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu


24.07.2017  11:09 

108 ədəd qovaq ağacı kəsildi – Cinayət işi açıldı





A+  A-

Qax rayonunun İbaxlı kəndi ərazisində qovaq cinsli 108 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə 42.790 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsindən daxil olmuş material Qax rayon prokurorluğunda araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, ilkin araşdırmalarla rayonun İbaxlı kəndi ərazisində Əlibəyli bələdiyyəsinin mülkiyyətində olan kənarları çəpərlənərək mühafizə olunmuş ərazidə qovaq cinsinə məxsus 108 ədəd ağacın həmin kəndin sakini Əhmədov Bəlyar Əliyar oğlu tərəfindən külli miqdarda ziyan vurmaqla qanunsuz kəsilməsində əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qax rayon prokurorluğunda 22 iyul 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması aidiyyəti üzrə Qax rayon Polis Şöbəsinin İstintaq qrupuna tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 1014 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +