İsrail Ərdəbildə Xoruzlu kəndini bombalayıb
Trampın İsrailin İrana hava zərbələrindən xəbəri olub
Xalq artisti Bilgəh sanatoriyasını tənqid etdi
“Son Zəng”lə bağlı xəbərdarlıq olundu
İsrailin Tehrana hücumu: 78 ölü, 329 yaralı
Dilan Polat dəlixanaya yerləşdirilib
Natanzdakı obyektə zərər vurulub - İran təsdiqlədi
Müdafiə Nazirliyində 143 milyon manat necə oğurlanıb?
Tehran, doğma Təbriz vurulur – Mirşahin
İsraildəki səfirliyimiz müraciət yaydı


09.06.2017  15:06 

“Təkliflər Prezidentə təqdim ediləcək” - Əli Həsənov





A+  A-

Bu gün Quba şəhərində Soyqırımı Memorial Kompleksinin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış komissiya kompleksin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxış keçirib və müvafiq müzakirələr aparıb.
Komissiyanın sədri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov bununla bağlı bildirib:

"Bildiyiniz kimi, Quba şəhərindəki "Soyqırımı memorial kompleksi” 1918-ci ildə erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımı nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə yaradılmış abidədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il dekabrın 30-da imzaladığı Sərəncama müvafiq olaraq Heydər Əliyev Fondu tərəfindən yaradılmış kompleks ən müasir standartlara cavab verir və öz möhtəşəmliyi ilə seçilir. Abidə-muzeydə mövcud olan şərait və tarixi sənədlər, faktlar və ekspozisiyalar həmin dövrdə erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə məlumat əldə edilməsi və bütün bunların dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaradır.

Təəssüf ki, son zamanlar kompleksin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur. Məlum olduğu kimi, Cənab Prezident kompleksin mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə tapşırıq verib. Tapşırığa uyğun olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən "Quba şəhərində "Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalanıb və aidiyyəti orqanların nümayəndələrindən, həmçinin mütəxəssislərdən ibarət komissiya yaradılıb.

Bu gün kompleksin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxıldı. Daha sonra isə Quba Rayon İcra Hakimiyyətində keçirilən iclasda mövcud vəziyyətlə bağlı müzakirələr aparıldı və artıq problemin aradan qaldırılması ilə bağlı ilkin təkliflər də var. Yaxın zamanlarda daxil olan təkliflər öyrəniləcək və sistemləşdirilərək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcəkdir".

(trend.az)

Xəbər 1301 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir

12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?


BÜTÜN XƏBƏRLƏR +