Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


23.05.2017  12:59 

Azərbaycan üçün kritik gün: 3.3 milyard borca görə danışıqlar başlayır





A+  A-

Bu gün Londonda Azərbaycan Beynəlxalq Bankının 3.3 milyard dollarlıq xarici borcunun restrukurizasiyası ilə bağlı investorlarla danışıqlar başlayır.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, danışıqlar “White & Case LLP” beynəlxalq hüquq firmasının London ofisində keçiriləcək. Bu şirkət hökumətlərə, investorlara və maliyyə institutlarına öz aralarındakı mübahisələri nizamlamaq üçün hüquqi yardım göstətir.

Xəbər verildiyi kimi Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollarlıq xarici borcları üzrə ödənişləri dayandırıb və xarici aktivlərini kreditorlardan qorumaq üçün Nyu-York məhkəmsində müflisləşmə iddiası qaldırıb. Bankın kreditorları Avropa və ABŞ-ın bir sıra aparıcı maliyyə institutlarıdır. Azərbaycan Beynəlxalq Bankı cəmi 37 investora borcludur. Onlardan ən irisi “Cargill Financial Services International Inc.” investisiya şirkətidir.

Əgər investorlarla danışıqlar uğurlu alınsa bankın xarici borcları Azərbaycan dövlətinə transfer ediləcək. Lakin qərar investorlar arasında səs çoxluğu ilə qəbul edilməlidir. “The Wall Street Journal” qəzetinin yazdığına görə borcların restrukturizasiyası barədə bəyanat və bankın Nyu-York məhkəməsində müflisləşmə iddiası qaldırması investorlar üçün sürpriz olub.

İnvestorlarla danışıqlar üçün Londona yola düşən nümayəndə heyətinin tərkibi məlum deyil. Lakin heyətə maliyyə naziri Samir Şərifovun başçılıq edəcəyi gözlənilir. İnvestorlarla danışıqlarda bankın məsləhətçisi qismində “White & Cas” və “Lazard Freres” şirkətləri çıxış edirlər.

Xəbər 2596 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +