Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?
65 yaşlı fəhlə faciəvi şəkildə öldü


02.02.2017  13:44 

Ermənilər azərbaycanlı əsirlə bağlı MƏLUMAT yaydılar





A+  A-


Ötən gün işğal altındakı Talış kəndi istiqamətində erməni tərəfinə əsir düşən Azərbaycan vətəndaşı Elnur Hüseynzadə ilə bağlı düşmən tərəf növbəti məlumat yayıb.

Qarabağ separatçılarının liderinin rəsmi  nümayəndəsi  David Babayan Elnur Hüseynzadənin səhətinin normal olduğunu deyib.

Bundan başqa, o, əsir vətəndaşın Azərbaycanda 15 il müddətinə azadlıqdan məhrum edilmiş Arsen Baqdasaryanla dəyişdirilməsini də istisna etməyib.  

Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti məsələni diqqətdə saxladığını və qısa müddətdə Xankəndində saxlanılan əsirlə görüşəcəklərini bildirib.

Azərbaycan Müdafiə Nazirliyi isə erməni tərəfinin Elnur Hüseynzadəni hərbçi kimi təqdim etməsini təxribat adlandırıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni tərəfi guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin fevralın 1-də cəbhə xəttində təxribat törətməsi və hərbi qulluqçu Elnur Hüseynzadənin əsir düşməsi barədə yaydığı yalan məlumatdan şou düzəltmək niyyətindədir: “Böyük ehtimalla ermənilər Elnur Hüseynzadənin hərbçi olduğunu nümayiş etdirmək üçün onun əsir düşdüyü zaman guya hərbi geyimdə, hətta silahlı olmasını belə əks etdirən foto və video materialların yayılmasını təşkil edə bilər. Onu da qeyd edək ki, hərbi geyim formasını müxtəlif xüsusiləşdirilmiş ticarət obyektlərindən də əldə etmək mümkündür”.

Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırır və bir daha bildirir ki, E.Hüseynzadə bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

(modern.az)



Xəbər 3341 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +