Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


07.07.2025  12:35 

İsrail-Türkiyə müharibəsi başlaya bilər?





A+  A-

İsrail və İran arasında 12 gün davam edən müharibə Yaxın Şərqdə güc balansını yenidən müəyyənləşdirdi.

Hazırda bölgədə güc balansı belədir:

– bölgəni yenidən formalaşdırmaq istəyən daha da cəsarətlənmiş İsrail,
– yalnız sağ qalmağa çalışan zəiflədilmiş İran rejimi,
– və yeni, uzunmüddətli münaqişəyə cəlb olunmaq istəməyən tərəddüdlü ABŞ.

Bu müharibənin ən təhlükəli nəticəsi İranla yeni döyüşlər deyil, Türkiyə ilə İsrail arasında daha kəskin rəqabətin meydana çıxması ola bilər.

XəzərNews.az xəbər verir ki, bu barədə “Financial Times” nəşrinin məqaləsində bildirilir.

Nəşr qeyd edir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan son zamanlar Ankaradakı əhval-ruhiyyəni İslam Əməkdaşlıq Təşkilatının sammitində belə ifadə edib:

"Fələstin, Livan, Suriya, Yəmən və İran problemi yoxdur, aydın olan yalnız bir problem var, o da İsrail problemidir".

Bu açıqlama Türkiyənin İsrailə baxışındakı dəyişimi əks etdirir. Bir vaxtlar müttəfiq, sonra rəqib olan İsrail artıq açıq şəkildə düşmən kimi görülür. Ankara İsrailin bölgədəki hegemon rolunu qəbul etməkdə çətinlik çəkir, bu rolu uzun müddət prezident Rəcəb Tayyib Ərdoğan özü arzulamışdı. Ərdoğanın əsas siyasi müttəfiqi Dövlət Baxçalı isə İsraili Anadolunu mühasirəyə almaqda ittiham edib.

Bu düşüncənin oxşarı İsraildə də formalaşır. Oradakı bəzi təhlükəsizlik qurumları Türkiyənin bölgədəki təsirini artıq İrandan da təhlükəli uzunmüddətli təhdid kimi qiymətləndirir. Ərdoğanın HƏMAS-a verdiyi açıq dəstək baş nazir Benyamin Netanyahunun hökumətində sərt reaksiya doğurub. Bu, İsrailin Suriyalı kürdlərlə təmaslarını artırmasına səbəb olub, hansı ki, Ankara uzun müddətdir onları təhlükə kimi görür.

Məqalədə qeyd olunub ki, bu qarşıdurma həm ideoloji, həm də geosiyasi xarakter daşıyır.

Ərdoğanın hökuməti sünni islamçılıq və türk millətçiliyini birləşdirərək "Türkiyə əsri" şüarı ilə xaricdə türk gücünün yüksəlişini vəd edir. İsraildə isə radikal sağçı koalisiya Livan, Qəzza və Suriyada hərbi üstünlüyü hədəf alan qətiyyətli bir yanaşma sərgiləyir. Bu qarşılıqlı və rəqib fikirlər kompromisə çox az yer buraxır.

Suriya isə bu qarşıdurmanın ən real səhnəsidir.

2024-cü ilin sonlarında Əsəd rejiminin dağılmasından sonra hər iki ölkə Suriya sonrası dövrə təsir göstərmək üçün mübarizəyə girib. Türkiyə artıq ölkənin şimal hissələrinə nəzarət edir, burada iqtisadi və hərbi təsirini genişləndirmək istəyir. İsrail isə hava zərbələrini artırır.

Apreldə İsrailin Türkiyənin hərbi baza yerləşdirmək istədiyi əraziyə zərbə endirməsi ilə gərginlik pik həddə çatdı.

İki ölkə arasında hərbi "qaynar xətt" olsa da, diplomatik əlaqələr tamamilə dondurulub. Türkiyə İran müharibəsindən öz nəticələrini çıxarıb: İsrailin İranın hərbi rəhbərliyini məhv etməsi onun hava və kəşfiyyat üstünlüyünü açıq şəkildə nümayiş etdirdi.

ABŞ prezidenti Donald Tramp həm Netanyahunu, həm də Ərdoğanı yaxşı tanıyır və bu qarşıdurmanın qarşısını almaqda vasitəçi rolunu oynamalıdır. Qəzzadakı müharibənin sona çatması Türkiyənin narazılıqlarını müəyyən qədər azalda bilər, amma uzunmüddətli rəqabət asanlıqla bitməyəcək.

Onilliklərdir ABŞ siyasətçiləri həm Türkiyəni, həm də İsraili çətin, amma əvəzsiz müttəfiq və Yaxın Şərqdə sabitliyin dayaqları kimi qəbul edirdilər.
İndi isə bu iki "dayaq" bir-biri ilə toqquşmaq üzrədir. İranın zəiflədiyi bu dövrdə Vaşinqton və müttəfiqləri anlamalıdırlar ki, Yaxın Şərqdəki növbəti böyük sınaq məhz onların iki ən yaxın tərəfdaşı arasındakı rəqabətdən yarana bilər./Bakupost



Xəbər 243 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT


BÜTÜN XƏBƏRLƏR +