Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


10.06.2025  10:43 

Qarpızı bu aylarda yeyin... - Yoxsa zəhərlənərsiniz





A+  A-

Yay fəslinin sevilən meyvələrindən olan qarpız artıq iyun ayından satışa çıxıb. Lakin mütəxəssislər bu dövrdə qarpız istehlakına ehtiyatla yanaşmağı tövsiyə edir.

Xəzərnews.az xəbər verir ki, həkim-diyetoloqların sözlərinə görə, qarpız təbii şəraitdə iyul-avqust aylarında yetişir.

İyunun əvvəlində bazara çıxarılan qarpızların əksəriyyəti ya yetişdirici maddələrlə böyüdülür, ya da süni üsullarla tez yetişdirilir. Bu da sağlamlıq üçün ciddi risklər yarada bilər.

Qida zəhərlənməsi, bağırsaq pozğunluqları, allergik reaksiyalar və digər fəsadlar erkən mövsüm qarpızlarından qaynaqlana bilər. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər daha diqqətli olmalıdırlar.

Mütəxəssislər bildirir ki, sağlam və təhlükəsiz qarpız istehlakı üçün ən münasib vaxt iyul ayından başlayır./BAKU.WS

Xəbər 1951 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +