Hansı şagirdlərə pulsuz məktəbli formaları veriləcək?
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı
DTX müdaxilə etdi, təhlükənin qarşısı alındı
Prezident yeni təyinat sərəncamı imzaladı
Kanalda batan Nihad 11 gündür tapılmır - Atasından müraciət
Putinin generalı Kəmaləddin Heydərovla görüşdü
Almaniyanın hərbi təyyarəsi hədəf alındı
Çin və Hindistan hansı ölkənin BRIKS üzvlüyünə qarşıdırlar?
Hikmət Hacıyevdən Rusiya açıqlaması
İbrahim Tatlısəs neçə yaşında sünnət olunub?


25.06.2025  15:50 

“Ərəblərə qarışı yəhudilərə və şiə Azərbaycana qarşı xristian ermənilərə dəstək verən İrandır” - Politoloq





A+  A-

“Ərəblərə qarışı yəhudilərə və şiə Azərbaycana qarşı xristian ermənilərə dəstək verən ilk və yeganə dövlət özünü müsəlman adlandıran İrandır”.

Bu barədə açıqlamanı XəzərNews.az –a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, İsrailin Azərbaycanla münasibətləri İran mətbuatında, dövlət siyasətində öndə olan mövzudur.

Politoloqun fikrincə, indi ən aktual mövzu Azərbaycandan göndərilən yanacaqla təmin olunan İsrail qırıcılarının Təbrizi bombalanmasıdır, İranın başladığı Qəzza müharibəsi dövründə ortalığa qoyulan mövzu davamıdır:

“Bir neçə faktor göstərə bilərik:

I. Azərbaycanın İsraillə əlaqələri var və son dövrlərdə də İrana hücum zamanı bəlli oldu ki, Azərbaycan İsraillə İran daxili və Vahid Azərbaycan mövzularını müzakirə etməyib. Bu sübut olundu.

II. İran 1960-70-ci illərdə İsrailin ərəb torpaqlarını işğal edən zamanı hərtərəfli ideoloji, dini, maliyyə, yanacaq, kəşfiyyat və s. döyüş qüvvəsi vasitəsilə dəstək verib. Ona görə əgər müsəlman dövlətinin yad dinliyə yardım etməsinin tarixi o zamandan götürülməlidir və bu gün İran siyasətçiləri Azərbaycanın ünvanına neqativ fikirlər bildirəndə o işi başlayanlara, prosesdə iştirak edən insan qrupuna lənət oxumalıdırlar.

III. 30 il Azərbaycan torpağı işğal altında qaldı, İran xristian işğalçıya yardım etdi. Şiə müsəlman torpağını işğal edən xristiana 2 milyard dollar pul köçürtdü.

IV. İran indi də həmin İrandır. İran müsəlman dünyasında yeganə dövlətdir ki, xristian dövləti ilə şiə müsəlman dövlətinə qarşı birgə hərbi təlim keçirib.

V. İsrail folklor bilicilərinin fikrincə, İsrailin, yəhudilərin iranlılara məhəbbəti hədsiz böyükdür. Çünki bəşər tarixində heç kəs iranlılar qədər onların qulluğunda durmayıb. İndi qabağında böyük məqsədi olan İsrail hesab edir ki, mütləq İran onun əlində buyruq qulu olmalıdır.

VI. Bəzi təfsirçilərin fikrincə, İranda Quran ayələrini dəyişmək həmişə aktual olub. Onun iki qaynar dövrü olub:

1. İsrailin ərəblərə müharibəsi zamanı İran çalışdı ki, Quranda yəhudilərin əleyhinə olan bəzi ayələri dəyişdirsin. O zaman alınmadı.

2. İndi də İran Quranda xristianların əleyhinə olan ayələri dəyişmək istəyir”.

M.Əhmədoğlu əlavə edib ki, ona görə də İranın ekspertləri, siyasətçiləri, jurnalistləri öz tarixlərini də öyrənsələr çox yaxşı olar, bəlkə də İrana açıq versinlər ki, əgər o vaxt indiki ekspertlər, jurnalistlər olsaydı, İran çoxdan “ölərdi”.


Xəbər 973 dəfə oxunub.




08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib


BÜTÜN XƏBƏRLƏR +