Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir
“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski
Həmin sosiska Azərbaycana gətirilib? — AQTA-dan Rəsmi açıqlama


07.07.2022  17:11 

Ehtiyatda olan hərbiçilərin toplanışı nə ilə bağlıdır?





A+  A-

Azərbaycanda döyüş hazırlığı planına əsasən, hərbi vəzifəlilərin təlim toplanışına başlanılıb. Müdafiə Nazirliyindən bildirilib ki, ehtiyatda olan hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.

Təlimdə hərbi vəzifəlilər xidmət zamanı qazandıqları döyüş vərdişlərini, təcrübələrini və hərbi ixtisaslarını təkmilləşdirməklə yanaşı, ordumuza yeni qəbul edilən müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, eləcə də onlardan istifadə qaydalarını öyrənmək imkanı əldə edirlər.

Təlim toplanışı iyulun 23-dək davam edəcək.

Ehtiyatda olan hərbçilərin Orduya çağırılması ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələr aparılır. İddia olunur ki, təlim toplanışının aparılması yeni antiterror əməliyyatlarına hazırlıqla əlaqədardır.

Bu barədə Modern.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov xatırladıb ki, Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər 4 ildən bir toplanışa çağırılır.

“Burada qeyri-adi heç nə yoxdur. Digər tərəfdən antiterror əməliyyatı ilə bağlı rəsmi göstəriş verilməyib. Toplanışların keçirilməsi antiterror əməliyyatı ilə əlaqədar deyil. Azərbaycan ordusu, xidmətdə olan əsgər və zabitlər qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirmək iqtidarındadır. Onu da bildirim ki, antiterror əməliyyatına uzun müddət xidmət edən, bacarıqlı və peşəkar hərbçilər cəlb olunur".

Polkovnikin sözlərinə görə, Azərbaycan Ordusu separatçılara qarşı antiterror əməliyyatlarına başlasa belə, gənc əsgər və ehtiyatda olanları cəlb etməyəcək:

"Ola bilsin ki, son vaxtlar atəşkəs pozuntuları olduğu üçün bəzi ekspertlər antiterror əməliyyatını gündəmə gətirirlər. Ancaq bilməlidirlər ki, Azərbaycan Ordusu nəinki antiterror əməliyyatına, eləcə də istənilən hərbi əməliyyatlara hazırdır. Bu, Ordunun başlıca vəzifəsidir".

"Son vaxtlar Ermənistan tərəfinin Laçın və Kəlbəcərdə atəşkəsi pozması antiterror əməliyyatı keçirməyə əsas vermir. Çünki antiterror əməliyyatı, adətən, bir ölkənin sərhədləri daxilində həyata keçirilir. Ermənistan tərəfinin sərhəddən atəşkəsi pozmasına adekvat cavab verilir və qarşı tərəf susdurulur. Bəli, əgər sərhəd pozularsa, bundan sonra əks-əməliyyat aparıla bilər. Hər halda Azərbaycan Ordusu hər zaman antiterror əməliyyatının keçirilməsinə hazırdır",- deyə Ş.Ramaldanov vurğulyıb.

Xəbər 1710 dəfə oxunub.




08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?

08.06.2025  17:03 

Sabahın hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +