Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı
“BMW” idarəetməni itirərək hasara çırpıldı - Video
Azərbaycanda qızılca xəstəliyi ilə bağlı... - Açıqlama
Ələt-Astara yolunda avtoxuliqanlıq etdi, həbs olundu
Ruslar Odessada doğum evini vurdu
Bulvarda dənizdən tapılan meyit kimindir?


20.06.2022  14:26 

Təhsil eksperti REKTORU müdafiə etdi





A+  A-

"Bakı Dövlət Universitetində tələbələrdən hər hansı bir məqsəd üçün pul tələb oluna bilməz. Bunu əminliklə deyə bilərəm".

XəzərNews.az xəbər verir ki, belə bir açıqlama ilə təhsil eksperti Kamran Əsədov çıxış edib.

K.Əsədov bildirib ki, kimsə qulluq mövqeyindən istifadə etməklə buna yol veribsə, bu universitet rəhbərliyinin mövqeyi deyil və buna yol verən şəxs kimliyindən asılı olmayaraq cəzalandırılır:

"Bakı Dövlət Universitetində 3 ildir tədrisin keyfiyyətin yüksəldilməsi, şəffaf idarəetmənin təkmilləşdirilməsi və əsassız pul yığılmasına qarşı ciddi islahatlar həyata keçirilir. Səs yazısı yayılmış müəllim də BDU-da həyata keçirilən islahatlara zidd olduğu üçün işindən azad edildi".

Qeyd edək ki, Bakı Dövlət Universitetinin bir qrup tələbələri müəllimin onları kütləvi şəkildə imtahandan kəsməsi ilə bağlı iddia ediblər.

Adı rüşvət qalmaqalında hallanan Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin kafedra müəllimi Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.

Xəbər 1419 dəfə oxunub.




10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +