Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib


19.06.2022  22:10 

Sabiq maliyyə rəisi məhkəmə zalında həbs edildi





A+  A-

N saylı hərbi hissələrdən birində maliyyə xidmət rəisi vəzifəsində çalışmış şəxs məhkəmə zalında həbs edilib. O daha əvvəl də bir neçə nəfəri aldatdığı üçün hakim önünə çıxarılıb. Məhkəmə onu cəzasını şərti hesab edib, amma o, yenidən dələduzluq əməli törədib.

XəzərNews.az xəbər verir ki, Nəsrəddin Mirzəyev aldatdığı Aytən adlı xanımın qohumu ilə bir müddət eyni hərbi hissədə çalışıb.

N.Mirzəyev Aytəni Müdafiə Nazirliyinə işə düzəldəcəyini deyib və ondan hissə-hissə olmaqla 10 min manat alıb. Aytən sonuncu dəfə pul verən zaman N.Mirzəyevi telefonla lentə alıb.

Aytən pul verən ərəfədə Nəsrəddin Mirzəyev başqa bir cinayət işinə görə hakim qarşısına çıxarılırmış. Həmin cinayət işində də N.Mirzəyev bir neçə nəfərə qarşı eyni dələduzluq əməlini törədibmiş.

Bakı Ağır Cinayətlər Məhkəməsi N.Mirzəyevə şərti cəza verərək azadlığa buraxıb. Amma sonradan Aytənin də şikayəti üzə çıxıb. Bu dəfə N.Mirzəyev həbs edilib.

Onun daha əvvəlki cinayət əməllləri də nəzərə alınaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

N.Mirzəyev əməllərini etiraf edərək deyib ki, maddi sıxıntıları olduğu üçün bu işləri görüb. O, həmin pulun 4 min manatını geri qaytara bildiyini söyləyib.

Zərərçəkmiş şəxs pulunun tam ödənilməsini tələb edir və şikayətçi olduğunu qeyd edir.

İş materiallarında olan videogörüntüdən məlum olur ki, Aytən sonuncu dəfə N.Mirzəyevə pul verən zaman gizli çəkiliş edib. Çəkiliş zamanı Aytən N.Mirzəyevdən ona nə qədər pul verdiyini soruşur. N.Mirəzyev 10 min manat aldığını etiraf edir və işi yaxın zamanda həll edəcəyini vəd söyləyir./Musavat.com

Xəbər 2846 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +