Allahı tanımaq daxil olmaqla İran üçün IV şərt
İtkin düşən 15 yaşlı qız 5 gün sonra tapılıb
Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə... - Prezident
Rəhbərin ölkədən çıxışına “stop” qoyuldu
Tramp yalan danışır?
Savaş bitdimi? - Atəşkəs təsdiqləndi
Prezident elektrik stansiyasının açılışında iştirak edib
Sabiq partiya sədrinin oğlunun ölüm səbəbi açıqlandı
İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi


24.11.2020  13:43 

Türkiyə Ermənistanın hərbi cinayətlərini bir hesabatla dünyaya elan edəcək





A+  A-

Türkiyənin Ombudsman İnstitutu tərəfindən Ermənistan ordusu tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində insan hüquqları pozuntularına dair hesabat hazırlanıb.
XəzərNews.az xəbər verir ki, Ermənistan ordusu tərəfindən Azərbaycanda törədilən müharibə cinayətlərindən bəhs olunan hesabat bu həftədən etibarən Türkiyə və dünyadakı müvafiq qurum və təşkilatlar vasitəsilə Avropa Birliyi ölkələrinin parlamentlərinin insan haqları komissiyalarına göndəriləcək.

Hesabatla əlaqədar “Anadolu” agentliyinə danışan Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç ombudsmanların iki vəzifəsi olduğunu bildirib. O qeyd edib ki, bunlardan birincisi ölkədə dövlət xidmətləri göstərən rəhbərlik ilə vətəndaşlar arasında vasitəçilik yolu ilə problemləri həll etmək, ikincisi isə milli və beynəlxalq aləmdə insan hüquqlarının qorunması və inkişafı üçün çalışmaqdır.

Hesabat hazırlanarkən Azərbaycana səfər etdiklərini və Ermənistan ordusunun hücumları nəticəsində zərər görən mülki yaşayış yerlərini araşdırdıqlarını bildirən Malkoç, “Azərbaycana səfərimiz zamanı xüsusilə münaqişə zonasından kənarda yerləşən Gəncə, Tərtər, Goranboy, Ağdam və hətta Bakının mülki yaşayış məntəqələrini gəzdik. Gəncə döyüş meydanından onlarla kilometr kənarda olsa da, Ermənistandan raket zərbəsi ilə vurulub, həmçinin Tərtərə də eyni şəkildə zərbələr endirilib”,- deyə qeyd edib.

Malkoçun sözlərinə görə, hesabatda Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən hücumların xronoloji sıralaması da daxil edilib.

“Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində həyatını itirən mülki şəxslərin şəkillərini və şəhid olduqları yerləri ayrı-ayrılıqda araşdırdıq”,- deyə Malkoç bildirib.

Ermənistanın müharibə cinayətləri törətməsinə baxmayaraq məsuliyyət daşımayacağını zənn etməsinə diqqət çəkən Malkoç, “Onların unutduqları bir şey var, indi dünya köhnə dünya deyil, Azərbaycan köhnə Azərbaycan deyil, Türkiyə köhnə Türkiyə deyil. Bu səbəbdən onları bu günə qədər qudurdanların onları qoruyacağını zənn edirlər. Ancaq bu hesabat Ermənistanın insan haqları pozuntularına dair beynəlxalq məhkəmələrdə dəlil olacaqdır”,- deyə sözlərinə əlavə edib.

Xəbər 3365 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.06.2025  10:37 

Tramp yalan danışır?

23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +