Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


05.02.2020  13:54 

Əfv Komissiyası seçkidən sonra toplaşacaq





A+  A-

9 fevral növbədənkənar parlament seçkilərindən sonra Əfv Məsələləri Komissiyasının iclaslarının keçiriləcəyi gözlənilir.
Bu haqda Komissiyadan XəzərNews.az-a daxil olan məlumatda bildirilib.

Həmçinin buna qədər həm də Əfv Məsələləri Komissiyasının sədrilə bağlı Prezident tərəfindən sərəncamın veriləcəyi qeyd edilib.

Bir qayda olaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Əfv Məsələri Komissiyasının sədri təyin olunur.

Xatırladaq ki, Prezident İlham Əliyevin 1 noyabr 2019-cu il sərəncamı ilə Samir Nuriyev Prezident Administrasiyanın rəhbəri təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il martın 16-da imzaladığı 431 nəfərə şamil olunan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan, eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad olunub.

Xəbər 1649 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +