Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


07.05.2019  11:20 

Nazirlik sahibkarları xəbərdar etdi





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki “Məşğulluq” altsistemi yaxın günlərdə istifadəyə veriləcək.
Bu haqda XəzərNews.az-a nazirlikdən bildirilib.

Altsistemin əsas üstünlüklərindən biri kimi burada işsiz və işaxtaran vətəndaşlar üçün vakansiya bankı yaradılıb. Hazırda həmin bazaya işəgötürənlər, o cümlədən işəgötürən olaraq fəaliyyət göstərən sahibkarlar tərəfindən vakansiyalar barədə məlumatlar daxil edilir.

İşəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 (beş) iş günü müddətində vakansiya bankına daxil etməlidirlər.

Bunun üçün onlar e-sosial.az ünvanına (yaxud e-gov.az ünvanına) daxil olmalı, “e-Xidmətlər” bölməsində “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi” elektron xidmətini seçməlidirlər. Bundan sonra “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər. Sonda isə “Yadda saxla” düyməsini basmalıdırlar.

Hər bir işəgötürən, o cümlədən sahibkar qeyd edilən məlumatları vakansiya bankına daxil etməklə, onlardakı vakant iş yerlərinə vaxt itkisi olmadan, daha asan şəkildə uyğun işçi qüvvəsi tapa bilmək imkanı qazanmaqla, məşğulluq siyasətinin icrasına öz töhfəsini vermiş olur.

Sistem daim yenilənən məlumat bazasına malik olmaqla, işsiz və işaxtaranlara vakansiya bankına birbaşa çıxış və öz peşələrinə, ixtisaslarına, iş bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verir.

Xəbər 1528 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +