Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı
“BMW” idarəetməni itirərək hasara çırpıldı - Video
Azərbaycanda qızılca xəstəliyi ilə bağlı... - Açıqlama
Ələt-Astara yolunda avtoxuliqanlıq etdi, həbs olundu
Ruslar Odessada doğum evini vurdu
Bulvarda dənizdən tapılan meyit kimindir?


07.11.2018  14:46 

“Elmə, təhsilə nəzərdə tutulan vəsait çox azdır”





A+  A-

“Elmə, təhsilə nəzərdə tutulan vəsait çox azdır, bu artırılmalıdır. Bu vəsaitlə elmin, təhsilin ciddi inkişafından danışmaq olmaz”.
XəzərNews.az-ın məlumatına görə, bunu deputat Fəzail Ağamalı parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deyib. Deputat qeyd edib ki, bu gün Azərbaycandan xaricə beyin axını problemi var.

“Məndə olan məlumata görə, bir çox gənclərimiz burada aldıqları əməkhaqları çox az olduğundan elmlə məşğul olmaq üçün xarici ölkələrə üz tuturlar. Bu, bizi ciddi şəkildə narahat etməli və düşündürməlidir. Məsələn, bu gün İsraildə ildə elmə ən azı 16 milyard dollar vəsait ayrılır və bunun nəticəsidir ki, cəmi 8 -9 milyonluq bir xalq dünyaya az qala hökmranlıq edir. Ona görə də bizdə elmə, təhsilə ciddi diqqət yetirilməli, maliyyə vəsaitləri qat-qat artırılmalıdır. İslahatlar gücləndirilməlidir, xeyir gətirməyən sahələrdən, elmi müəssisələrdən qurtarmaq lazımdır”.

Xəbər 1716 dəfə oxunub.




10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +