Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı
“BMW” idarəetməni itirərək hasara çırpıldı - Video
Azərbaycanda qızılca xəstəliyi ilə bağlı... - Açıqlama
Ələt-Astara yolunda avtoxuliqanlıq etdi, həbs olundu
Ruslar Odessada doğum evini vurdu
Bulvarda dənizdən tapılan meyit kimindir?


02.06.2017  12:15 

Nazir cinsi azlıqların işə götürülməsindən DANIŞDI





A+  A-

“Azərbaycanda qadınlar işləmək üçün daha çox tibb və təhsil sahələrini seçirlər. Tibb sahəsində çalışan şəxslərin 86 faizi və təhsil sahəsində çalışanların 73 faizi qadınlardır.
Açığını demək lazımdır ki, təhsil və səhiyyə bu gün əsasən dövlət sektoruna aid olduğuna görə, burada əmək haqqı özəl sektora nisbətən aşağıdır. Bunun nəticəsində də qadınların orta aylıq əmək haqqı aşağıdır. Qanunvercilikdə konkret qadın və ya kişiyə görə əməkhaqqı məsələsi yoxdur”.

XəzərNews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov AŞPA- Milli Məclisdə keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, cinsi azlıqların isləmək məsələsinə gəldikdə isə Azərbaycanda işəgötürmədə cinsi azlıqlarla bağlı hər hansı məhdudiyyət yoxdur.

"Bunu burada əyləşən parlamentarilər də təsdiqləyə bilər. İşə götürülən zaman soruşulmur ki, sən kişi, qadın və ya orta cinsin nümayəndəsisən?

İşə götürülərkən kiminsə orientasiyası soruşulmur. Əvvəllər yalnız analıq məsələsi ilə bağlı qadınların ağır iş yerlərində işləməsi məhdudiyyəti var idi. O da aradan götürülüb. Azərbaycanda işə götürülərkən heç kəsdən soruşulmur ki, sənin cinsin nədir. Hamıya bərabər hüquq təmin edilir”.

Xəbər 1560 dəfə oxunub.




10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +