Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


08.05.2017  12:26 

Valideynlərə xəbərdarlıq: Uşaqlara alça və çiyələk verməyin!





A+  A-

Məşhur pediatr Vaqif Qarayev hazırda satışda olan alça və çiyələyin uşaqlara verilməməsi ilə bağlı valideynlərə xəbərdarlıq edib.
XəzərNews.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya danışan həkim tərkibinə kimyəvi maddələr vurulmuş meyvə və tərəvəzlərin allergik reaksiya verdiyini, mədə-bağırsaq sistemini pozduğunu bildirib:

“Mövsümündə yeyilən zaman həm çiyələk, həm də alça çox faydalı giləmeyvədir. Ancaq həmin faydanı indi satışda olan sözügedən meyvələrə aid edə bilmərik. Bunu hamı bilir ki, mövsümündən qabaq satışa çıxarılan meyvələr təbii yolla yetişdirilmir. Meyvələrin yalnız görünüşü bənzəyir, nə dadı, nə də qoxusu var. Onların tərkibinə istixana şəraitində müxtəlif kimyəvi maddələr vurulur.

Bu meyvələr vaxtında yetişdiyi zaman uşaqların inkişafı üçün çox faydalıdır. Ürək, böyrək, ağciyər xəstəliklərində son dərəcə əhəmiyyətlidir. Yaz aylarında allergik xəstəliklər kəskinləşir. Valideyn uşağının bu kimi meyvələrə allergiyası olduğunu bilirsə, almamalıdır. Bu gün səhərdən artıq iki uşaq çiyələkdən yaranmış allergiya ilə bağlı yanıma gətirilib. Təcrübəmə əsasən bunun hələ çox olacağını deyə bilərəm. Bu kimi qidalar birmənalı olaraq mədə-bağırsaq sistemini pozur. Ancaq təbii yetişmiş alça özü mədə-bağırsaq sisteminə xeyirdir. Axı hər bir meyvənin, giləmeyvənin özünün mövsümü var.

Səhər alça, çiyələyin şəklini paylaşırlar, axşam da mənə yazırlar ki, filan yerinə filan şey oldu, nədəndir? Adicə satıcıdan soruşursan ki, sən bunu övadına verərsən? Deyir, yox”.

Pediatr onu da qeyd edib ki, uşaqları həm də hazırda satışda olan pomidor və bu kimi tərkibinə kimyəvi maddələr vurulmuş meyvə və tərəvəzlərdən uzaq tutmaq lazımdır:

“Söhbət təkcə alça, çiyələkdən getmir, elə götürək bu dəqiqə rəflərdə düzülmüş pomidorları. Baxırsan qıpqırmızıdı, ancaq kəsirsən, içi göy. Elə mədə-bağırsaq problemlərinə səbəb olan amillərdən biri də budur. Erkən yetişən meyvə və giləmeyvələrimiz var. Ancaq may ayında yedikləriniz istixana məhsulundan başqa bir şey deyil”.

Xəbər 8071 dəfə oxunub.



08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +