Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


26.05.2025  20:43 

Xanımlarının güdazına gedən prezidentlər... - Fotolar





A+  A-

Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Fransa prezidentinin ağzının üstündən bir şillə ilişdirib və bu, sırf təsadüf nəticəsində bütün dünyaya nümayiş etdirilib...

Qadınların güdazına gedən bir neçə prezidentlə bağlı məqamlara toxunacam:

Nikolya Sarkozi prezident kimi ilk ilində həyat yoldaşından boşanaraq top model və müğənni Karla Bruni ilə evləndi. Bruninin bu sözləri məşhurdur: "Mənim komandam yoxdur. Mən ərimi (sui) istifadə edirəm və bu, fantastik nəticələr verir". Karla Bruni bu kimi söhbətləri ilə Nikolya Sarkozinin yenidən prezident seçilməsinə imkan vermədi.

Ancaq Nikolya Sarkozinin Karla Bruni tərəfindən döyülməsi faktı Fransa mediası tərəfindən qeydə alınmayıb...



ABŞ-ın ikinci prezidenti Con Adams zərif cinsə sevgisinin əvəzini siyasi karyerası ilə ödəyib. Belə ki, 1800-cü ildə o, ikinci müddətə namizədliyini irəli sürdü, lakin ona uyğun məşuqə tapmaq üçün dövlət hesabına dostunu Avropaya göndərməkdə günahlandırıldı. Və o, prezident seçkisini uduzdu...

ABŞ-ın 22-ci və 24-cü prezidenti Qrover Klivlend də böyük qalmaqal yaşayıb. Belə ki, 1884-cü ildə bir mitinq zamanı izdihamdan bir qadın hər kəsə Klivlendin onun uşağının atası olduğunu elan etdi. Qalmaqallı aksiyanın təşkilatçısı Respublikaçılar Partiyası idi, onun tərəfdarları dərhal şüarlar səsləndirməyə başladılar: “Ana, ana, atam haradadır?” Klivlend ağıllı tərpəndi. Belə ki, o, ortaya atılan faktı inkar etmədi, əksinə ata olduğunu etiraf etdi. Cəsarət və səmimiyyət ona seçkilərdə qələbə qazandırdı...



Monika Levinski az qala prezident Bill Klintonun impiçment etdirəcəkd. 1998-ci ildə Ağ Evin 42-ci rəhbəri ilə 25 yaşlı Monika Levinski arasında intim münasibət olması barədə mətbuata məlumat sızdı. Klinton and içərək hər şeyi inkar etdi: “Mən bu qadınla, xanım Levinski ilə cinsi əlaqədə olmamışam”. Lakin Levinski də and içərək bunun əksini bildirdi...

Ancaq prezidentin xanımı Hillari Klinton son dərəcə təmkinli davrandı. Nəticədə Bill Klinton ikinci dəfə də prezident seçildi...

Elbəyi Həsənli

Xəbər 619 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +