Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


19.05.2025  10:47 

İran Ermənistanı tələyə salmaq istəyirdi - Politoloq





A+  A-

“Tehranda “Dialoq-2025” Forumunda Ermənistanın davranışı diqqət çəkir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəlkə də İrandan özlərinə qarşı belə mövqe gözləmirdi. Prezident, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi, Ali rəhbərin müşaviri ilə görüşlər keçirdi. Amma heç birində Ermənistan özünə lazım olan əvvəlki formulları eşitmədi”.

Bu barədə açıqlamanı XəzərNews.az -a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, “Zəngəzur koridoru, Ermənistanın ərazi bütövlüyü və dövlət suverenliyi İranın qırmızı xəttidir” fikrinə yaxın tezis səslənmədi:

“Bunun səbəbi bəllidir. “Dialoq-2025” Forumundan əvvəl ABŞ rəsmilərindən biri Ermənistan və Azərbaycanın “İbrahim müqaviləsi”nə qoşulacağını açıqlamışdı. Ermənistan XİN-nin bəyanatından bu təşəbbüsün Ermənistana məxsus olduğu da aydınlaşdı. A.Qriqoryanın Tehranda “Dialoq-2025” Forumunda İranın davranışına verdiyi reaksiya çox diqqət çəkir: Bütün dövlətlərlə əlaqə saxlayırıq və saxlayacağıq. Əslində İran Ermənistandan İsraillə əlaqələri dayandırmağı görünür tələb edirmiş. Ümumilikdə İranın xarici siyasəti regionda kənar müdaxilələrin olmamasıdır”.

Politoloq bildirib ki, A.Qriqoryanın bu reaksiyası “İran, canın da çıxsa, biz mövqeyimizdən geri çəkiləsi deyilik” mənasındadır:

“İran Ermənistanı tələyə salmaq istəyirdi. Ermənilər iranlılardan da böyük kələkbazdır. ABŞ Ermənistan vasitəsilə İrana “ilgək” atıb. Yerevan ABŞ-a İranla bağlı çox rahat hesabat verə biləcək”.

Zəhra
XəzərNews.az


Xəbər 1003 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +