Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


12.12.2023  12:07 

“PSG Kapital”ın itkiləri 94 milyona çatıb





A+  A-

"PSG Kapital İnvestisiya Şirkəti"nin 2023-cü ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 1332 əqd üzrə 110,04 milyon manat təşkil edib.

Xəzərnews.az xəbər verir ki, valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 46% və ya 93,6 milyon manat azalıb. Belə ki, 2022-ci ilin ilk on bir ayında "PSG Kapital”ın dövriyyəsi 203,7 milyon manat təşkil edib.

İnvestisiya şirkətinin birja əməliyyatlarının 5,21 milyon manatı repo, 26 milyon manatı dövlət qiymətli kağızlarının, 47,6 milyon manatı Mərkəzi Bankın istiqrazlarının, 30,7 milyon manatı korporativ istiqrazların və 486,8 min manatı isə səhmlərin payına düşüb.

Xatırladaq ki, "PSG-Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur ("PSG Finans" MMC bank olmayan kredit təşkilatının 12,5%-lik təsisçisi).

Xəbər 2068 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +